Qubada möcüzə: çəkisi 49 kq olan balqabaq yetişdirildi

Quba rayonu, Zərqova kəndində ümumi çəkisi 49 kq olan balqabaq yetişdirilib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, qeyri-adi təbiət hadisəsi kənd sakini Nadir Qədimovun həyətyanı sahəsində baş verib.

 

O, həyətyanı sahəsində çəkisi 49 kq olan balqabaq yetişdirib. Balqabağın diametri 1,8 metrdir.

 

İlk dəfə belə hadisə ilə qarşılaşdığını deyən təsərrüfat sahibi bunu möcüzə adlandırır. Həmişə olduğu kimi, adi balqabaq toxumu əkdiyini deyən Nadir Qədimov tağlara qulluq zamanı tərəvəzin sürətlə böyüdüyünü müşahidə edib. Onun sözlərinə görə, məhsula adi qaydada qulluq edib. Heç bir kimyəvi preparatdan istifadə etməyib.

Müəllif | Apa.Tv
Apa.tv