Qubada iki maşın toqquşdu: 3 yaralı

Bu gün günorta saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə Quba-Xaçmaz yolunun 12 km-də, Zərdabi kəndi ərazisində keçən hissəsində qeyd alınıb.

 

1953-cü il təvəllüdlü Osmanov Zakir Nəcəf oğlunun idarə etdiyi “VAZ-21011” markalı nəqliyyat vasitəsi ilə Ziyəddin Qurbanovun idarə etdiyi “VAZ-21015” markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar  Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan