Şeyx Həmədani Gəncədə Şah Abbas məscidini ziyarət etdi
İranın tanınmış din xadimi Ayətullah-əl-uzma Şeyx Hüseyn Nuri Həmədani Gəncədədə səfərdədir.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonaq ilk olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
Heydər Əliyev park kompleksi ilə tanışlıqdan sonra Şeyx Həmədani və onu müşayiət edən nümayəndə heyətinin üzvləri XVII əsrin yadigarı Şah Abbas cümə məscidinə gəliblər. Qonaqlara məscidin tarixi və burada Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan təmir-bərpa işləri barədə ətraflı məlumat verilib. Şeyx Həmədani məsciddə ziyarət namazı qıldıqdan sonra İmamzadə dini-memarlıq kompleksinə gedib. Qonaqlar yenidən qurulan kompleksdə görülən işlərlə tanış olub və beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin məzarını ziyarət ediblər.
Daha sonra ayətullah-əl-uzma yerli dindarlarla görüşüb.