Bakıda bir neçə səhiyyə müəssisəsinin baş həkimləri dəyişdirildi

Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Kliniki Tibbi  Mərkəzin baş həkimi Sultan  Əliyev 14  saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.

 

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq  Hüseynzadə isə  Kliniki Tibbi  Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb. 

Müəllif | Apa.Tv
Apa.tv