Azərbaycan prezidenti fizika, riyaziyyat və informatika təmayüllü liseydə yaradılan şəraitlə tanış olub

Sentyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonundakı fizika, riyaziyyat və informatika təmayüllü liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, bu məktəb üçün 1963-cü ildə bina inşa olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılıb. Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib, Respublika fizika-riyaziyyat və informatika təmayüllü lisey adlandırılıb. Hazırda lisey bu adla fəaliyyət göstərir.

 

Diqqətə çatdırılıb ki, təhsil ocağının binasında təmir və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. Liseyin əsas binasında, yataqxana və yeməkxanasında yüksək standartlar tətbiq olunub, liseyin bütün sinif otaqları, fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Burada ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb.

 

Prezident İlham Əliyev liseydə ayrı-ayrı sinif otaqlarını gəzib, burada yaradılan şəraitlə yaxından tanış olub.

Müəllif | Apa.Tv
Apa.tv