Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirildi, yeni rektor təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

 

APA TV-nin xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

 

Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv