Bodrumda dənizdə boğulan suriyalı uşaqların atası danışdı

Türkiyədə cəsədi dəniz sahilindən tapılan suriyalı uşağın atası mətbuata açıqlama verib.

 

APA TV-nin məlumatına görə, Bodrumda suriyalı miqrantların olduğu gəminin və qayığın batması nəticəsində ölən iki uşağın atası Abdullah Kurdi Türkiyə mətbuatına açıqlama verərək, uşaqlarının cənazələrini Kobanidə dəfn edəcəyini deyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Muğlanın Bodrum rayonunda gəmi və qayığın batması nəticəsində 12 nəfər ölüb. Ölən suriyalı qaçqınların cəsədləri müayinə üçün Muğla məhkəmə-tibb ekspertizasının morquna aparılıb.

 

Qayığın batması nəticəsində Abdullah Kurdinin 27 yaşlı həyat yoldaşı Zahin Kurdi, uşaqları - 2 yaşlı Aylan və 3 yaşlı Qalib həyatlarını itirib. Ölən uşaqların cəsədlərini dalğaların sahilə atması medianın diqqətini cəlb edib. Uşaqlarının cənazələrini götürmək üçün morqa gedən ata Abdullah Kurdi jurnalistlərin suallarına cavab verib.

 

Kobanidə bərbərlik etdiyini bildirən Kurdi müharibə səbəbi ilə 4 il əvvəl ailəsi ilə birlikdə Türkiyəyə yerləşib. Bodruma 10 gün əvvəl gəldiyini deyən ata heç kimə belə kədər arzulamadığını deyib.

 

Müəllif | Apa.Tv