Azərbaycanda güclü zəlzələ oldu: 7 BAL
Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub.
APA TV-nin xəbərinə görə, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin gücü episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 5-6 bal olub.
Zəlzələ 13 km dərinlikdə baş verib. Yer sarsıntısı Mingəçevir, Yevlax, Lənkəran, Qəbələ, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki və Tovuz şəhərlərində hiss olunub.
Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ qeydə alınıb.