Azərbaycanda iki hakim korrupsiyaya görə cəzalandırıldı
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.
İclasda həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib.
Vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.