Millimiz Xorvatiyaya ŞOK yaşatdı
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan milli komandası da növbəti oyununa çıxıb.
Millimizin yetirmələri öz meydanında Xorvatiya yığması ilə qarşılaşıb. Osiyekdəki oyunda Xorvatiya millisi yığma komandamız üzərində 6:0 hesablı qələbə qazanmışdı. Ancaq bu dəfə milli komandamız güclü rəqibinə layiqli müqavimət göstərə bilib.
Rəqibin aramsız hücumlarını səliqəli şəkildə qarşılayan və inamla müdafiə olunan millimizin yetirmələri yekunda qolsuz bərabərliyə nail ola biliblər.