Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ölkəmizdə ABŞ dollarının rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0486 manat olaraq müəyyənləşdirib.
Avronun dəyəri azalmaqda, Rusiya rublunun dəyəri isə artmaqdadır. Yeni məzənnəyə əsasən, 1 avro 1.1667 manat, 1000 Rusiya rublu isə 15 manat 80 qəpikdir.