Göyçayda faciə: cərəyan vuran 2 uşaq anası su quyusuna düşərək öldü

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Məlikkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyə Mustafa qızı yaşadığı evin həyətindən su quyusundan vedrə ilə su götürərkən su quyusuna düşüb. Köməksiz vəziyyətdə quyuda qalan iki uşaq anası suda boğularaq ölüb. İlkin ehtimala görə, qadın suya düşərkən onu quyunun üzərində quraşdırılan suçəkən motordakı elektrik cərəyanı vurub.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv