Ermənilərin “Versace” yalanı ifşa olundu

“Versace” şirkətinin Dağlıq Qarabağda parça istehsal edəcək fabrikin açılması ilə hər hansı əlaqəsinin olması haqda informasiyalar həqiqətə uyğun deyil. Bunu APA-ya İtaliyanın məşhur “Gianni Versace” şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin mütəxəssisi Ornelia Medaglia deyib. O bildirib ki, “Versace” bölgədə geyim və ya aksessuar istehsal etmir və belə bir planı da yoxdur.

 

Xatırladaq ki, Ermənistan mediası “Versace”nin işğal olunmuş Dağlıq Qarabağda parça istehsal edəcəyi ilə bağlı xəbər yayıb.

 

Müəllif | Apa.Tv