Ağcabədidə iki "KamAZ" toqquşdu: 1 ölü
Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarxı kəndi ərazisində qeydə alınıb.
04-BX-342 və 99-BV-131 dövlət nömrə nişanlı “KamAZ” markalı iki yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.