Türkiyə polisi iki PKK terrorçusunu öldürdü - REAL GÖRÜNTÜ

Türkiyənin Tuncəli vilayətində polis bölməsi PKK-lı terrorçular tərəfindən iri çaplı silahlarla atəşə məruz qalıb.  Baş verən atışma zamanı 2 terorrist öldürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şəhər mərkəzinə keçən bir qrup terrorçu saat polis məntəqəsinə hücum ediblər.

 

Polislərin  hücuma anında cavab verməsi ilə atışma başlayıb. Atışma zamanı iki PKK-lı terrorçu məhv edilib. Terrorçuların öldürülməsi anbaan müşahidə kameralarına düşüb. Atışma zamanı bir vətəndaş yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv