Bir əsgərimizi itirdik

Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

 

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

 

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv