General Rasim Musayev Mehdiabadda dəfn edildi
Ötən gün dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub.
APA TV-nin xəbərinə görə, mərhumun Azərbaycan bayrağına bükülmüş cənazəsi bu gün Mehdiabad qəbiristanlığında halda torpağa tapşırılıb.
Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, müavinləri, nazirliyin idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.
Qeyd edək ki, Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.
Rasim Musayevə 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
2013-cü il yanvarın 21-də Rasim Musayev daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən öz xahişi ilə azad edilib.
2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev ötən gün ürək tutmasından vəfat edib.