ATƏT sədrinin səhra köməkçiləri Ağcabədidə oldu
ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq bu gün Ağcabədidə olublar.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qoşunların təmas xəttində monitorinq keçirmək üçün regiona səfər edən qonaqlar əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətində olublar.
İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla görüş zamanı qonaqlara Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində yaratdığı gərginlik barədə məlumat verilib. Bildirilib ki, erməni hərbçilər Milli Ordunun mövqeləri ilə yanaşı, yaşayış məntəqələrini və təsərrüfatda çalışan dinc əhalini mütəmadi olaraq atəşə tutur. Bu səbəbdən cəbhəyanı kənd sakinlərinin yaşayışı dözülməz həddə çatıb.
ATƏT nümayəndələri görüşdən sonra müşahidələr aparmaq üçün cəbhə xəttinə yollanıblar