Şirvanda maşın 2 nəfəri vuraraq öldürdü, sürücü qaçdı
Şirvanda iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dünən saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində "VAZ-21011" markalı avtomobil iki piyadanı vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 11 yaşlı Rövşən Zaur oğlu Dədəyev və 51 yaşlı Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.
Sürücü, 51 yaşlı Nazir Lazım oğlu Qayıbalıyev hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla iki piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü çox keçmədən saxlanılıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.