Şəkidə iki maşın toqquşdu: 1 yaralı
Şəkidə iki maşının toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 38-ci km-də, Şəkinin Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəkinin Şəki kənd sakini Musayev Abdulla Əşrəf oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, Qax sakini Elsəvər Şəmilovun idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub. Qəza nəticəsində "VAZ-2107"də olan 4 nəfər xəsarət almasa da, "Opel"in sürücüsü Abdulla Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan Abdulla Musayev dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, yaralı Abdulla Musayevə döş qəfəsinin qapalı travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.