“Azəryolservis”də 2015-ci ilin altı ayının yekunları müzakirə olundu

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

 

APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov ötən illərdə olduğu kimi, cari ilin 6 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.

 

Onun sözlərinə görə, bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir.

 

Cari ilin son 6 ayı ərzində ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində xeyli iş görüldüyünü bildirən Saleh Məmmədov 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 181,1 km yolun tikildiyini, yenidən qurulduğunu və təmir olunduğunu, həmçinin 10 yeni körpünün tikildiyini vurğulayıb. Onun sözlərinə görə, Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7 yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Həmçinin yolların kənarlarında 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.

Müəllif | Apa.Tv
Apa.tv