Keçmiş məhkumdan narkotik tapıldı

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, 39 yaşlı Ələkbər Əziz oğlu Rzayevi saxlayıb.

 

APA TV-nin xəbərinə görə, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilib.

 

Polis əməkdaşları Ələkbər Rzayevin üzərində narkotik vasitə olması ilə bağlı məlumatı əməliyyat yolu ilə əldə ediblər.

 

Qeyd edək ki, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Ələkbər Rzayev əvvəllər qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma əməlinə görə də məhkum olunub.

 

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv