Mardində PKK terrorçusu belə öldürüldü - REAL GÖRÜNTÜ
Türkiyənin Mardin şəhərində PKK terrorçuları ilə polislər arasında atışma baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şəhərdə terrorçuların müqavimət göstərmək üçün qazdığı xəndəkləri doldurmaq məqsədilə əraziyə gələn asayiş keşikçilərinə atəş açılıb.
Atışma nəticəsində bir PKK-çının vurulma anı kameralara düşüb. Terrorçular isə sosial şəbəkələrdə "türk polisi gənc bir dinc sakini öldürdü" deyə xəbərlər yayıblar.