PKK Tuncelidə bir polisi və bir qadını şəhid etdi

Türkiyənin Tunceli şəhərində PKK terrorçuları ilə hərbçilər arasında atışma olub.

 

APA TV-nin Türkiyə saytlarına istinadən məlumatına görə, atışma zamanı marketdən alış-verişdən çıxan bir qadın güllə yarası alıb. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Şəhərin mərkəzi prospektində qeydə alınan hadisə nəticəsində 30 yaşlı bir polis də şəhid olub. Asayiş keşikçilərinin açdığı cavab atəşi ilə bir terrorçu öldürülüb, biri isə yaralı vəziyyətdə ələ keçib.

Müəllif | Apa.Tv
Apa.tv