Gəncədə 18 yaşlı oğlan göldə boğuldu

Gəncə sakini Göygöl rayonunda göldə boğulub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən göldə qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Kamran Sabir oğlu İsayev göldə çimərkən boğulub. Mərhumun cəsədi göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv