Bakı-Quba yolunda dəhşətli qəza: iki qardaş öldü

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Nurməmməd Rza oğlu Əzizovun idarə etdiyi 90 GD 643 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəza nəticəsində sürücü və onun qardaşı, Quba rayonunun Afurca kənd sakini, 1952-ci il təvəllüdlü Əziz Rza oğlu Əzizov dünyasını dəyişib. Xəsarət alanlar 1993-cü il təvəllüdlü Sevinc Ədalət qızı Şükürova, 2003-cü il təvəllüdlü Asim Ədalət oğlu Şükürov və 2004-cü il təvəllüdlü Xədicə Ayəddin qızı Əzizovadır.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv