Balaxanı zibilliyindən xeyli silah-sursat tapıldı
Bakıda zibillikdən silah-sursat aşkar tapılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, “Təmiz Şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız 175 ədəd patron, 2 ədəd qumbara alışdırıcısı, Pnevmatik və “Walter” tipli tapançalar, 2 ədəd avtomat darağı və patron lenti aşkar edilərək, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə təhvil verilib.