Xalq artisti İlham Əsgərov dünyasını dəyişdi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, aktyor dünən gecə öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

 

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. O, 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2006-cı ildə xalq artisti fəxri adına, 2012-ci ildən isə  Prezident Mükafatına layiq görülüb. 

 

Müəllif | Apa.Tv
Apa.tv