Lənkəran sakininin evini yardılar

Lənkəranda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Göyşaban kənd sakini, 27 yaşlı Tahir Kamil oğlu Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Naməlum şəxs və ya şəxslər ev sahiblərinin olmamasından istifadə edərək, mənzilin qapısını sındıraraq içəri girməklə oradan 800 ABŞ dolları, 3000 min manat dəyərində qızıl-zinət əşyaları və bahalı pal-paltar oğurlayıblar.

 

Hadisə barədə dərhal Lənkəran  Rayon Polis Şöbəsinə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv