Türkiyə Hollandiyanı darmadağın etdi: 3-0 - QOLLAR
“Avro-2016”nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Türkiyə millisi Hollandiyanı sınağa çəkib.
Gərgin başlayan oyunda hesabı Türkiyə millisi açıb. 8-ci dəqiqədə Oğuzxan Özyaqub Arda Turanın pasını qola çevirib.
Oyunun 26-cı dəqiqəsində Türkiyə millisi rəqib qapısına daha bir top vurub. Matçın ikinci qoluna Arda Turan imza atıb.
Oyunun birinci yarısı 2:0 hesabı ilə bitib. Komandalar matçın ikinci yarısında da olduqca gərgin oyun nümayiş etdiriblər. 86-cı dəqiqədə Burak Yılmaz Türkiyə yığmasının 3-cü qolunu vurub.
Oyunda başqa qol olmayıb və matç bu hesabla bitib.