Milli komandamız Maltadan 1 xalla qayıtdı - QOLLAR

Milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. APA TV-nin  məlumatına görə, millimiz səfərdə Malta ilə qarşılaşıb.

 

Oyunda hesabı millimiz açıb. Rahid Əmirquliyev 37-ci dəqiqədə topu rəqib qapısına göndərib.

 

Maltadan bərabərlik qolu 55-ci dəqiqədə gəlib. Qolun müəllifi Mifsud olub. Oyunun 72-ci dəqiqəsində Malta yığması hesabda irəli keçib. Efyonq komandasının ikinci qolunu vurub. 9 dəqiqə sonra millimiz hesabı bərabərləşdirə bilib. 80-ci dəqiqədə Rahid Əmirquliyev özünün və yığmamızın ikinci  qolunu vurub.

 

4 qolun vurulduğu oyunda komandalar hərəyə bir xalla kifayətləniblər.

 

Müəllif | Apa.Tv