Kürdəmir sakinlərindən narkotik götürüldü

Kürdəmir rayon sakinindən narkotik maddə götürülüb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonun Şahsevər kənd sakini, 37 yaşlı Usubov Qalib Babaqayıb oğlu saxlanılıb.

 

Onun üzərinə baxış keçirilərkən çəkisi 6 qram olan narkotik maddə götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanışı, 53 yaşlı Şıxəliyev Qalib Daşdəmir oğlundan aldığını bildirib. Qalib Şıxəliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 48 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv