"Batya"nın soyğunçu dəstəsi yaxalandı
Gecə düşən kimi vətəndaşlara qənim kəsilən, onların pullarını, əşyalarını alıb mənimsəyən şəxsləri Nizami polisi yaxalayıb. APA TV xəbər verir ki, "Batya" ləqəbli Vüsal Nağıyevin rəhbərlik etdiyi dəstə cinayətləri əsasən, Nizami rayon ərazisində törədib. Onlar 5 soyğunculuq faktinı törətməkdə təqsirli bilinirlər.
Saxlanılan şəxslər Polis İdarəsində yazdıqları ifadələrində əsasən, gecə saatlarında soyğunculuq etdiklərini bildiriblər. Parkda gəzənlərdən tutmuş, oturub dincələnlərə qədər qarşılarına kim cıxdı, hədə-qorxu gələrək əşyalarını mənimsəyiblər. Etiraz edənlərə isə, isə fiziki zor tətbiq edərək olar -olamzını əlindən alıb hadisə yerindən qaçıblar.
Əldə olunan gəlir cox vaxt yeyib icməyə sərf olunub. Pulları bitən kimi tanışlar yenidən görüşüb analoji cinayətləri törədiblər. Polis hesab edir ki , bu şəxslərin əməllərindən zərərcəkənlərin sayı coxdur. Sadəcə polisə hələlik 5 nəfər şəxs müraciət edib. Faktla bağlı soyğunculuq maddəsi ilə cinayət işi acılıb. İstintaq araşdırmaları davam edir.