Dollar, avro, rubl - GÜNÜN RƏSMİ MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı növbəti günlük valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları əvvəlki günə nisbətən ucuzlaşaraq 1,0482 manat təşkil edib. Bivalyuta səbətinə daxil olan avro isə bahalaşıb. Mərkəzi Bank 1 avronun məzənnəsini 1,1744 manat müəyyənləşdirib. Rusiya rublu isə ucuzlaşmaqda davam edir. Rəsmi kursa əsasən, 1000 Rusiya rublu 15 manat 20 qəpikdir. Qeyd edək ki, Mərkəzi Bank valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır.