Bərdədə dövlət idarəsi yandı

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, dördmərtəbəli binanın ikinci mərtəbəsindəki otaqların birindən tüstü çıxdığını görən vətəndaşlar binanın mühafizəçilərinə məlumat veriblər. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin Bərdə rayon şöbəsinə məlumat verilib.  Alov digər otaqlara və mərtəbəyə keçmədən söndürülüb.

 

“Azərpoçt” MMC-dən APA TV-yə verilən məlumata görə, yanğın zamanı otaqlarda olan texniki avadanlıqlara zərər dəyməyib.  İlkin ehtimala görə, yanğına binanın ətrafındakı  işıqlandırma sisteminin elektrik kabellərdən birində baş verən qısaqapanma səbəb olub. 

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv