“Bir PKK köpəyini yaxaladıq” yazan iğdırlı çavuş şəhid oldu
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Dağlıcada PKK-nın xain pusqusuna düşərək şəhid olan hərbçilərin sayını açıqlayıb. APA TV-nin məlumatına görə, şəhid olan 16 hərbçi arasında əslən azərbaycanlı olan, iğdırlı çavuş Tolqa Artuğ da var. İğdırlı hərbçinin şəhid olması vətənində acılarla qarşılanıb. Şəhər sakinləri şəhidin evi qarşısına toplaşaraq “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. Bu gün Bakı vaxtı ilə saat 19.30-da İğdırın mərkəzində Dağlıca şəhidləri və Tolqa Artuğun xatirəsinə anım yürüşü keçiriləcək. Yürüşün təşkili ilə əlaqədar sosial mediada şəbəkələşən iğdırlılar Tolqa Artuğun adına səhifələr açıblar. Səhifələrdə şəhid Tolqa Artuğun ölümündən iki gün əvvəl sosial şəbəkədə yazdığı status paylaşılır. Şəhid statusunda “Allah bərəkət versin, bu gün də bir terrorçunu ələ keçirdi, bir köpəyi yaxaladıq. Rahat yat, Türkiyəm, nə qədər ki, biz bu sərhədlərdə varıq, ölkə daha təhlükəsiz durumdadır” sözlərini yazıb.