Paytaxtda motosikletçini vurub öldürən sürücü yaxalandı

İki gün əvvəl Bakı Dairəvi yolunda qəza törədərək motosiklet sürücüsünün ölümünə səbəb olan şəxs saxlanılıb.

 

APA TV-nin məlumatına görə, Bakı sakini, 27 yaşlı Cahangir Həsənbala oğlu Hüseynovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil "20-ci sahə" istiqamətində hərəkətdə olarkən 38 yaşlı Mehman Arif oğlu Qədirovun idarə etdiyi "Suzuki" markalı motosikleti vurub. Motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib. Cahangir Hüseynov isə ərazidən uzaqlaşaraq, məsuliyyətdən yayınmaq istəyib.

 

İki gün evində gizlənən sürücünün yerini Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müəyyən ediblər və Cahangir Hüseynov saxlanılıb. O, istintaqa ilkin ifadəsində qəzanın baş verməsinə görə motosiklet sürücüsünü günahlandırır. Bununla belə, o, özündə də səhv görür.

 

Cahangir Hüseynov hadisədən sonra şokda olduğunu, bu səbəbdən də hadisə yerindən qaçdığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv