"F-16"lar havalandı: Türkiyə antiterror əməliyyatlarını genişləndirir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularının ötən gecə Hakkari vilayətində törətdiyi terror hadisəsi zamanı şəhid olanların sayını açıqlayıb. Silahlı Qüvvələrin Baş Qərargahının açıqladığı məlumatda bildirilib ki, hadisə zamanı 16 hərbçi şəhid olub, 6 nəfər isə yaralanıb.

 

Məlumatda qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin bu hadisədən sonra başladığı əməliyyat hələ də davam edir. PKK terrorçlarının 23 hədəfi 3 ədəd "F-4", 4 ədəd "F 16" tipli döyüş təyyarələri ilə atəş altında saxlanılır.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransı keçirib. O, bəyan edib ki, Türkiyə ərazisi terrorçulardan təmizlənəcək.

 

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılıb. İlkin məlumatda hadisə nəticəsində 15-dən çox əsgər və zabitin həlak olduğu açıqlanıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb.

Müəllif | Apa.Tv
Apa.tv