Qubada toydan qayıdan qonaqlar qəzaya düşdü: 3 ölü
Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 40 yaşlı Qəribov Seymur Samir oğlu, eləcə də, sərnişinlər - 33 yaşlı Hüseynov Camal Tofiq oğlu və 36 yaşlı Rəhimov Emil Ağarəhim oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. Qəzanın hansı səbəbdən baş dəqiqləşdirilir.
İlkin məlumata görə, qəzaya uğrayan avtomobildəkilər toydan qayıdırlarmış.