Kiçık qardaşını bıçaqladı

Gəncədə qardaş qardaşı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, hadisə sentyabrın 12-də  saat 20.00 radələrində şəhərin Təbriz küçəsində baş verib. Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qurban Musayev yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində, qardaşı, 1997- cı il təvəllüdlü Cavid Musayevi bıçaqlayıb. C. Musayev döş qəfəsinin və qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli