"Mercedes"in vurduğu piyada 20 metr kənara düşdü - ÖLÜM

Aeroport şosesində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, şəhər istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Zərbədən sonra hadisə yerindən 20 metr kənara düşən piyada dünyasını dəyişib. Hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib. Piyada qəfildən yola qaçıb, "Mercedes"in sürücüsü isə sürəti nizamlaya bilməyib.

 

Sürücü hadisədən sonra piyadaya yardım etmək istəsə də, artıq gec olub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv