Şirvanda qızıl alverçisinin evinə basqın: mənzil sahibi ölümdən döndü
Şirvan sakininin evinə quldur basqını edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərim Rəsulzadə küçəsi-17, mənzil 105-də baş verib.
Şirvan sakinləri Ülvi Quliyev və Süleyman Əhmədov 1960-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlunun evinə daxil olaraq ona ağır bədən xəsarətləri yetiriblər. Ev sahibini öldürmək istəyən oğruların niyyətləri polislərin hadisə yerinə gələrək onları yaxalaması səbəbindən baş tutmayıb. Elşən Həsənov ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Elşən Həsənov qızıl alveri ilə məşğul olub. Oğruların evdən qızıl-zinət əşyaları oğurlamaq məqsədi olub.
Hər iki şəxs istintaqa cəlb edilib. İstintaqın təfərrüatları haqqında əlavə məlumatlar veriləcək.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.