"28 Mall"da ölüm hadisəsi - VİDEO

Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərinin birində ölüm hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 8-də saat 13.30 radələrində qeydə alınıb.

 

Şahidlərin APA TV-yə verdiyi məlumata görə, “28 Mall” ticarət mərkəzində təxminən 50 yaşlı kişi qəfildən yıxılaraq dünyasını dəyişib.

 

Hazırda onun şəxsiyyətinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı