Türk "F-16"ları PKK-nın İraqdakı mövqelərinə 130 zərbə endirdi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK düşərgələrini bombalayıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Türkiyənin 50 təyyarəsi terrorçuların bazalarına 130 zərbə endirib. Antiterror əməliyyatları zamanı 40 terrorçunun öldürüldüyü qeyd edilir.


Keçirilən hərbi əməliyyatın PKK-nın Hakkaridə 16 hərbçini şəhid etməsinə cavab olduğu bildirilir.

Hakkaridəki hadisədən sonra Türkiyənin müxtəlif ərazilərində PKK-nın qanadı olan HDP-nin 120 partiya təşkilatının binasına sadə vətəndaşlar tərəfindən hücumlar təşkil edilib.

Müəllif | Apa.Tv
Apa.tv