Əfqanıstanda dəhşət: qızların təhsil aldığı məktəbə zəhərli qaz buraxıldı

Əfqanıstanın Herat şəhərində bir neçə orta təhsil müəssisəsində məktəbli qızlar zəhərlənib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onlara qarşı dərs zamanı zəhərli qazdan istifadə olunub.


Yerli hakimiyyətin verdiyi xəbərdə bu artıq son həftədə qeydə alınan altıncı analoji faktdır. Qızları zəhərləmək istəyənlər eyni üsulla hərəkət ediblər.


"Biz sinifdə idik, müəllimə gəlib bizə tez çölə çıxmağı əmr etdi. Bildirdi ki, məktəbə zəhərli qaz buraxıblar. Biz çıxdıq, amma hamımız artıq özümüzü pis hiss edirdik. Hamını xəstəxanaya apardılar" - deyə 14 yaşlı məktəbli qız bildirib.


Hazırda Heratda bütün məktəblərdə mühafizə tədbirlərinin gücləndirildiyi bildirilir. Məsuliyyəti üzərinə götürən olmasa da, hökumət bunun ölkədə qızların təhsil almasına qəti qarşı çıxan radikal qruplaşmalar tərəfindən törədildiyini iddia edir.

Müəllif | Apa.Tv
Apa.tv