Şirvan şəhərində yanğın hadisəsi baş verib

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Çilpaqlı qəsəbəsində qeydə alınıb.

 

1977-ci il təvəllüdlü Elnarə Əlihüseyn qızı Qarayevaya məxsus ümumi sahəsi 280 kvadratmetr olan, ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 3 otağın, mətbəxin və dəhlizin yanar konstruksiyaları 140 kv. m sahədə, ikinci mərtəbədə bir otağın yanar konstruksiyaları 60 kv. m sahədə yanıb.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv