Xalq artisti Habil Əliyev vəfat etdi
Xalq artisti Habil Əliyev dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bir neçə gün əvvəl evində koma vəziyyətinə düşən xalq artisti ötən gün axşam saatlarında vəfat edib. Onun cənazəsi dini qaydalara riayət olunmaqla yuyulmaq üçün paytaxtdakı "Göy Məscid"ə aparılıb. Xalq artistinin yaxınlarından APA TV-yə verilən məlumata görə, Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 11.30-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Mərhum daha sonra I Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, məşhur kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə, avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xalq artistinin səhhəti normallaşandan sonra müayinəsini evdə davam etdirməsi üçün avqustun 22-də evə buraxılıb. Bir neçə gün əvvəl isə o, yenidən komaya düşüb.
Allah rəhmət eləsin!