Bakıda 22 yaşlı gənci parkda bıçaqladılar

Bakıda 22 yaşlı gənc bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Heydər Əliyev parkında  22 yaşlı Fərhad Poladovla tanışı arasında mübahisə düşüb. Mübahisə zamanı tanışı üzərində gəzdirdiyi bıçaqla Fərhada ayağından bir zərbə endirib.  Daha sonra o, tanışını yaralı vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralı təcili yardım  vasitəsi ilə xəstəxanaya çatdırılıb. 3 saylı şəhər kliniki xəstəxanasından APA TV-yə verilən məlumata görə, yaralının həyatı üçün təhlükə yoxdur.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv