Qazaxda yük maşını iki atı vuraraq öldürüb

Qazaxda iki atı avtomobil vurub öldürüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Bakı-Qazax magistral yolunun 474-cü kilometrliyində, rayonun Qarapapaq kəndi ərazisində qeydə alınıb. Yolla hərəkət edən "TIR" markalı iri tonnajlı avtomobil kənd sakinlərinə məxsus iki atı vuraraq öldürüb. Hadisə yerindən uzaqlaşmayan sürücüyə qaydalara uyğun olaraq akt tərtib edilib. Qeyd edək ki, adıçəkilən yolda tez-tez heyvanların vurulması kimi hadisələr baş verir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli