Tovuzda "Mitsubishi" ilə "VAZ 2106" toqquşdu, yaralanan var
Tovuzda bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun girişində qeydə alınıb. Arzu İsayevin idarə etdiyi "VAZ 2106" və Rasim Qasımovun sükanı arxasında olduğu "Mitsubishi" markalı avtomobillərin toqquşması zamanı “VAZ 2106” yoldan çıxaraq aşıb. Qəza zamanı "Jiquli"də olan sərnişin, 40 yaşlı Teymur İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.